Millimiz FİFA reytinqdə irəlilədi

Millimiz FİFA reytinqdə irəlilədi
  12 Fevral 2015    Oxunub:1467
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Azərbaycan millisi ötən ayla müqayisədə beş pillə irəliləyib. Ötən ay heç bir oyun keçirməyən və aktivində 215 xalı olan komandamız 136-cı yerdən 131-ci pilləyə yüksəlib.

"Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. İtaliya millisi ötən ayla müqayisədə bir pillə geriləyərək 12-ci olub.

Digər rəqiblərimizdən Xorvatiya da 19-cu pillədəki mövqeyini qoruyub. Norveç (-2) 69-cu, Bolqarıstan (-4) 70-ci və Malta isə (-2) 149-cu pillədə qərarlaşıb.

Siyahıya "DÇ-2014"ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü olub.


Teqlər:





Xəbər lenti