“Qarabağ” uddu, lənkəranlılar üzüldü

“Qarabağ” uddu, lənkəranlılar üzüldü
  12 Fevral 2015    Oxunub:1508
Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunlarına yekun vurulub.
Son oyun günündə üç qarşılaşma keçirilib. Günün ilk oyununda “Bakı” “Sumqayıt”ı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. Tərəflərin ciddi səylərinə baxmayaraq matçda qapılara qol vurulmayıb - 0:0.

Digər oyunda lider “Qarabağ” son iki turda iddialı rəqibləri üzərində qələbə qazanan AZAL-ın qonağı olub. Ağdam təmsilçisi bu görüşdə rəqibinə minimal hesabla qalib gələrək liderliyini bir qədər də möhkəmləndirib - 1:0.

Turun daha bir maraqla gözlənilən oyunu “Baksel Arena”da keçirilib. Burada “Neftçi” əzəli rəqibi “Xəzər Lənkəran”ı qəbul edib. “Böyük oyun” "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Teqlər:





Xəbər lenti