Nazirlik `ağ siyahı` hazırlayır

Nazirlik `ağ siyahı` hazırlayır
  11 Fevral 2015    Oxunub:1586
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi uşaqların internet təhlükəsizliyi üzrə “ağ siyahı” (“white list”) hazırlayır.
Bu barədə AzVision.az-a nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, “white list” hazırlanması üçün tədbirlərə başlanılıb. “Ağ siyahı”ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik veb-saytlar daxil ediləcək.

Eyni zamanda, uşaqlar üçün zərərli hesab olunacaq məzmunda veb-saytların əngəllənməsi üçün qanunvericilikdə dəyişikliklər də nəzərdə tutulub. “Ağ siyahı”dan sonra uşaqları zərərli internet saytlarından qorumaq mümkünləşəcək.


Teqlər:





Xəbər lenti