Leonardo da Vinçinin yoxa çıxmış əsəri tapıldı

Leonardo da Vinçinin yoxa çıxmış əsəri tapıldı
  11 Fevral 2015    Oxunub:1401
Leonardo da Vinçinin fırçasının məhsulu olduğu ehtimal edilən və əsrlər əvvəl yoxa çıxmış rəsm əsəri İsveçrənin Luqano şəhərində polis tərəfindən müsadirə olunub.
Təxminən 1500-cü ildə L. da Vinçi tərəfindən çəkildiyi hesab olunan və 61x46,5 sm ölçüsündə olan “Ritratto di Isabella d’Este” adlı tablo Luqano şəhərindəki kredit institutlarından birinin trezorunda aşkarlanıb. 2013-cü ildə təhqiqatlara başlayan italyan polisi əsəri 95 milyon avroya satmaq sifarişini almış bir vəkilin izinə düşə bilib. Təhqiqat nəticəsində məlum olub ki, əsər qeyri-qanuni yolla İtaliyadan çıxarılaraq İsveçrəyə aparılıb. Həmçinin müəyyən edilib ki, “qara bazarda” əsərin 120 milyon avro dəyərində satışı ilə bağlı danışıqlar aparılırmış.

Əsərdə İtaliya İntibahı dövründə yaşamış Mantua hersoqinyası Isabella d’Estenin portreti əks olunub. Həm İtaliya, həm də İsveçrə tərəfi əsərin qanuni sahibinin kim olması ilə bağlı sualı açıq buraxıblar.(AzərTAc)


Teqlər:





Xəbər lenti