Cəbhədə erməni komandir öldürüldü

Cəbhədə erməni komandir öldürüldü
  11 Fevral 2015    Oxunub:2534
Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri də daxil olmaqla çoxsaylı itkilər verən kəşfiyyat-təxribat qrupu geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.

Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb.

Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti