Nazirdən Xocalı ilə bağlı ƏMR

Nazirdən Xocalı ilə bağlı ƏMR
  11 Fevral 2015    Oxunub:1524
Təhsil Naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsi barədə əmr imzalayıb.
AzVision.az xəbər verir ki, bəşər tarixinə XX əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olan Xocalı soyqırımından iyirmi üç il keçir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 26 yanvar 2015-ci il tarixli 6 nömrəli sərəncamı ilə Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilib.

Tədbirlər Planında Təhsil Nazirliyi tərəfindən icrası nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini, təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə əmr imzalanıb.

Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunub.

AzVision.az



Teqlər:  





Xəbər lenti