Qənirə Paşayeva seçicilərinə söz verdi

Qənirə Paşayeva seçicilərinə söz verdi
  10 Fevral 2015    Oxunub:1433
Millət vəkili Qənirə Paşayeva Tovuzda rayonun ən böyük kəndlərindən olan Düz Qırıqlıda kənd sakinləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb.

Sakinlər əsasən ünvanlı sosial yardım, kənd yolları, ön əsasda əkin suvarması suyu ilə bağlı təchizatın daha da yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirələr aparıblar.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur və əkinlərinin zamanında suvarıla bilməsi onlar üçün ən əsas məsələdir. Ötən ilin yayının quraqlıq olduğunu və insanların əkin sahələrinin suvarılmasında böyük əziyyət çəkdiyinin şahidi olduğunu deyən millət vəkili sakinlərin bununla bağlı narahatlığını çox yaxşı anladığını deyib. Cənab Prezidentimiz tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğunu diqqətə çəkən millət vəkili dövlətin bu istiqamətdə insanlara dəstəyinin daha da artacağını deyib.

Kəndlərdə yeni artezian quyularının qazılması xahişilə bir millət vəkili olaraq Su və Meliorasiya naziri Əhməd Əhmədzadəyə müraciət etdiyini və Tovuzda son bir neçə ildə xeyli sayda artezian quyularının qazıldığını, amma yenə də təlabatın çox olduğunu deyən millət vəkili bir neçə gün əvvəl nazirlə görüşdüyünü, bu məsələni onun diqqətinə çatdıraraq, sakinlər və öz adından xahiş etdiyini deyib. Bildirib ki, Bakıya döndükdən sonra nazirdən bu məsələnin qısa zamanda həlli üçün yenidən xahiş edəcək.

Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalamağa və uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb.


Teqlər:





Xəbər lenti