`Qarabağ`dan növbəti qələbə

`Qarabağ`dan növbəti qələbə
  08 Fevral 2015    Oxunub:1860
Premyer Liqamızın 20-ci turunda dünən "Bakı"ya 4:1 hesabı ilə qalib gələn "Qarabağ" bu gün yoxlama oyunu keçirib.
Ağdam təmsilçisi I divizionda mübarizə aparan “Zirə” ilə qüvvəsini sınayıb.

Qurban Qurbanov "Bakı" ilə oyunda şans vermədiyi futbolçuları bu görüşdə meydana buraxıb. Qarşılaşma “Qarabağ”ın qələbəsi ilə başa çatıb – 2:1.

Namiq Ələsgərov ilk hissədə penaltidən fərqlənib. Besik Çumakadze “Zirə”nin bərabərlik qoluna imza atıb. Matçın 87-ci dəqiqəsində isə Ruslan Hacıyev rəqib qapısına yol taparaq “Qarabağ”a qələbə qazandırıb.


Teqlər:





Xəbər lenti