`Qarabağ` `Hafka`nın klubunu uddu

`Qarabağ` `Hafka`nın klubunu uddu
  08 Fevral 2015    Oxunub:1896
Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
Son oyun günündə iki qarşılaşma keçirilib. Lider “Qarabağ” öz meydanında autsayder “Bakı”nı qəbul edib. Ağdam təmsilçisi matçın aşkar favoriti hesab olunurdu. Qurban Qurbanovun komandası rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Digər görüş Lənkəranda baş tutub. Burada “Xəzər Lənkəran” “İnter”i qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn "İnter" turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini möhkəmləndirib.


Teqlər:





Xəbər lenti