`Mahir` oğru ələ keçdi

`Mahir` oğru ələ keçdi
  07 Fevral 2015    Oxunub:2348
Gəncədə ətrafında gördüyü hər şeyi oğurlayan şəxs tutulub.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saxlanılan Xaliq Məmmədovun ətrafında Gəncə şəhəri Nizami rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Vüqar Muxtarova məxsus mağazadan 680 manat, tütün məmulatı, danışıq kartları, “Xəzər Lada” ASC-yə məxsus sexdən avtomobil təmiri alətləri, tozsoran aparat oğurladığı məlum olub.

Bundan əlavə, X.Məmmədovun 2014-cü il sentyabr ayından cari il yanvar ayının 5-dək olan müddətdə Gəncə şəhər sakinləri K.Qasımova, V.Zeynalova, V.Adıgözəlova və A.Quliyevə məxsus mağazalardan ümumilikdə 928 manat, tütün məmulatı, ağac kəsən dəzgah, su mühərriki və 3 ədəd drel, X.Qurbanovanın həyətindən isə 5 ev quşu oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti