Gənc liderlər arasında peyntbol turniri keçiriləcək

Gənc liderlər arasında peyntbol turniri keçiriləcək
  06 Fevral 2015    Oxunub:1567
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər təşkilatları arasında Peyntbol idman növü üzrə Çempionat keçirəcək.

Çempionatda Azərbaycan Respublikasında fəaliyyət göstərən və dövlət qeydiyyatına alınmış bütün gənclər təşkilatları iştirak edə bilərlər. Çempionatın keçirilməsində əsas məqsəd gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması, onların fiziki hazırlıqlarının inkişafına dəstəkdir. Eyni zamanda gənclər peyntbol idman növü vasitəsi ilə asudə vaxtlarını səmərəli istifadə etməklə həmyaşıdlarına vətənpərvərlik sahəsində örnək nümayiş etdirəcəklər.

Çempionatda gənclər təşkilatlarının nümayəndələri 6 nəfər olmaqla komanda yaradıb iştirak edə bilər. Keçirlməsi nəzərdə tutlan çempionatın ixtisaslaşmış idman növü olduğunu nəzrə alaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Peyntbol Federasiyası ilə sıx əməkdaşlıq ediləcək. Məhz bu məqəsdlə də Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Peyntbol Federasiyası tərəfindən çempionatın rəsmi əsasnaməsi təsdiq edilib.

Azərbaycan Respublikasında rəsmi dövlət qeydiyyatına alınmış gənclər təşkilatları 15 fevral 2015-ci ilədək rəsmi qaydada komandalarını qeydiyyatdan keçirməlidir. Qeydiyyat proseduru bitdikdən sonra komandalar arasında keçiriləcək püşkatma prosesində komandaların rəqibləri müəyyən ediləcəkdir. Layihə Gənclər Təşkilatlarının Milli Şurası, Gənclər üçün Təhsil Mərkəzi və İrəli İctimai biriliyi ilə əməkdaşlıq şəraitində həyata keçirilcək.

Hər həftə davam edən yarışların yarımfinal qalibləri may ayında Milli Lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçirləcək final mərhələsi ilə başa çatacaq. Qalib komanda üzvlərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Çempionatda iştirak etmək istəyənlərin nəzərinə!

Çempionatda iştirak etmək, çempionatda iştirak üçün ərizə formasını əldə etmək üçün çempionatın təşkilati işlər üzrə kuratoru Natiq Nəsirovla əlaqə saxlaya bilər.

Telefonlar: 012-537-12-24, 050-398-47-74
Elektron poçt: [email protected]
Qeydiyyat üçün son tarix: 15 fevral 2015-ci il


Teqlər:





Xəbər lenti