84 milyonluq futbolçunun ayağı sındı

84 milyonluq futbolçunun ayağı sındı
  06 Fevral 2015    Oxunub:1698
Madridin “Real” klubunun kolumbiyalı yarımmüdafiəçisi Xames Rodriges zədələnib.
Rodriges La Liqanın dünən “Sevilya” ya qarşı keçirilən oyunda zədə alıb. Muayinədən sonra futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb.

“Real”ın 2:1 qələbə qazandığı görüşün 12-ci dəqiqəsində hesabı açan Xames bundan 15 dəqiqə sonra zədələnərək əvəzlənmək məcburiyyətində qalıb. Maraqlıdı ki, meydançanı yeriyə-yeriyə tərk edən 24 yaşlı oyunçunun tibbi müayinə zamanı sağ ayağında qırıq aşkarlanıb. Bu günlərdə cərrahiyyə əməliyyatı keçirəcək Rodriges ən yaxşı halda 2 aydan sonra komandaya qoşula biləcək.

Qeyd edək ki, “Real” Rodrigesi cari mövsümün əvvəlində 84 milyon avro qarşılığında “Monako”dan transfer edib.


Teqlər:





Xəbər lenti