Qənirə Paşayeva seçicilərin problemlərini müzakirə edib

Qənirə Paşayeva seçicilərin problemlərini müzakirə edib
  05 Fevral 2015    Oxunub:2508
Millət vəkili Qənirə Paşayeva Qovların Yanıq Pəyə kəndində sakinlərlə görüşüb və onların problemlərilə maraqlanıb.

Bir çox xəstələrlə görüşən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq, Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Bir sıra seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardımla və əlilliyə görə pensiya ilə bağlı müraciətləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı qurumları ilə müzakirə olunub. Seçicilər əsasən ünvanlı sosial yardım, yol, bağça, tibb məntəqəsi, əkin suvarması suyu ilə bağlı təchizatın daha da yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir sıra sakinlərin əkinlərini suvarmaq üçün və ümumiyyətlə sudan ciddi çətinlik çəkdiyini bilir. Bununla bağlı Su və Meliorasiya naziri Əhməd Əhmədzadəyə müraciət etdiyini və Tovuzda bir neçə artezian quyularının qazıldığını, amma yenə də təlabat olduğunu deyən millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Su və Meliorasiya naziri Əhməd Əhmədzadə ilə görüşdüyünü, bu məsələni onun diqqətinə çatdıraraq sakinlər və öz adından xahiş etdiyini deyib və bildirib ki, Bakıya döndükdən sonra nazirdən bu məsələnin qısa zamanda həlli üçün yenidən xahiş edəcək.

Millət vəkili Qovlarda bəzi bölgələrə gedən yollar və ictimai nəqliyyatla bağlı problemləri aidiyyatı qurumlarla təkrar müzakirə edəcəyini və onların tezliklə həlli istiqamətində bir millət vəkili olaraq sakinlərin və özünün xahişlərini təkrar çatdıracağını deyib.

Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalatmağa və uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb.




Teqlər:





Xəbər lenti