“Bakı”-“Qəbələ” oyununda dava: polis işə qarışdı - FOTO

“Bakı”-“Qəbələ” oyununda dava: polis işə qarışdı - FOTO
  02 Fevral 2015    Oxunub:1842
Azərbaycan premyer-liqasının 19-cu turunda bu gün keçirilən “Bakı”-“Qəbələ” matçından (0:2) sonra xoşagəlməz hadisə baş verib.
Qonaqların futbolçusu Cavid Hüseynovla “Bakı” azarkeşləri arasında mübahisə yaranıb.

Oyun zamanı “Bakı” azarkeşlərinin millimizin üzvünü təhqir etməsi qalmaqala səbəb olub. Polisin müdaxiləsindən sonra ara sakitləşib.

Qeyd edək ki, Cavid Hüseynov “Qəbələ”yə “Bakı”dan transfer olub (qol.az).


Teqlər:





Xəbər lenti