`1 Gənc - 1 Hekayə - 1 Uğur` layihəsi davam edir

`1 Gənc - 1 Hekayə - 1 Uğur` layihəsi davam edir
  30 Yanvar 2015    Oxunub:1943
"ASAN Könüllüləri" Gənclər Təşkilatı və "ADA Angle" klubunun birgə təşkilatçılığı, ADA Universitetinin dəstəyi ilə "1 Gənc - 1 Hekayə - 1 Uğur" layihəsinin növbəti görüşü keçirilib.

Bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd ölkəmizdə və dünyanın müxtəlif ölkələrində yaşayan və bir çox nailiyyətlər əldə etmiş azərbaycanlı gənclərin öz bilik və təcrübələrini bölüşmək, fərdi inkişafın gənclərin həyatındakı önəminə diqqət çəkməkdir.

Layihənin növbəti təqdimatçısı İllinoys Universitetinin İnformasiya Elmləri ixtisası üzrə magistr pilləsinin məzunu, “TEDxFrankfurt”un ilk azərbaycanlı spikeri, Dünya Bankı, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, "Qatar Foundation" kimi qurumlarda çalışmış, hazırda isə fəaliyyətini dünyanın ən böyük nəşriyyat evlərindən biri olan “Springer” şirkətində davam etdirən Seymur Rəsulov olmuşdur.Təqdimatçı iştirakçılarla öz həyat təcrübəsi ilə bağlı fikirlərini bölüşüb, o cümlədən, onları maraqlandıran sualları cavablandırıb.

Layihəni açılış nitqi ilə ASAN Könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı açmışdır. Tədbirdə “1 Gənc- 1 Hekayə- 1 Uğur” layihəsinin müəllifi Bəxtiyar İslamov da çıxış edib.

Tədbirin ikinci hissəsində sual ünvanlandıran şəxslər arasında qapalı seçim aparılıb, təsadüfi seçilən 2 şəxs qiymətli hədiyyələrlə mükafatlandırılıb. O cümlədən müraciət formunda sonuncu suala ən dolğun və maraqlı cavab verən şəxs “ASAN Könüllüləri” Gənclər Təşkilatı və “ADA Angle” klubu tərəfindən hədiyyə kuponu qazanıb. Tədbirin sonunda təqdimatçı Seymur Rəsulova xatirə hədiyyəsi təqdim olunub.



Teqlər:





Xəbər lenti