`Prezidentin Sərəncamı gənclərə əlavə imkanlar yaradacaq`

`Prezidentin Sərəncamı gənclərə əlavə imkanlar yaradacaq`
  28 Yanvar 2015    Oxunub:2118
Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının prezidenti Səbuhi Abbasov bu sərəncamı Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinin davamı sayır:

- İndiyə qədər həyata keçirilən çoxsaylı layihələr, gənclərin bilik və bacarıqlarını artırmaq məqsədilə yürüdülən siyasət bu gün öz real nəticəsini göstərir. Təsadüfi deyil ki, son dövrlər istər dövlət idarəçiliyində, istərsə də özəl sektorda gənc kadrlar önə çəkilir, onların potensialından dövlətin idarə olunmasına istifadə olunur. Bütün bunlar təsadüfi deyil və gənclərə göstərilən dövlət qayğısının məntiqi nəticəsidir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi ölkə gəncliyinə daha da inkişaf etmək, peşəkar kadr kimi yetişmək üçün əlavə imkanlar yaradacaq. Bu sərəncam eyni zamanda məsuliyyət deməkdir. Gənclər dövlət başçısının diqqət və qayğısının məsuliyyətini də dərk etməli, milli maraqların müdafiəsi naminə daim inkişaf etməli, texnoloji yeniliklərə ayaqlaşmağı bacarmalıdırlar. Yalnız bu təqdirdə biz sağlam gələcəyimizi qura bilərik. Fürsətdən istifadə edib, ölkə gəncliyi, dövlətini və vətənini sevən gənclər adından Cənab Prezident İlham Əliyevə gənclərə göstərdiyi diqqət və qayğıya görə, təşəkkür edirik.


Teqlər:





Xəbər lenti