Azərbaycan “Facebook”dakı reklama nəzarət edəcək

Azərbaycan “Facebook”dakı reklama nəzarət edəcək
  27 Yanvar 2015    Oxunub:3191
“Reklam haqqında” qanun layihəsi fevralın 2-də Milli Məclisdə müzakirə olunacaq.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, bu qanun iki fəsil və 38 maddədən ibarətdir:

- Bu qanun layihəsini həmkarım Əli Məsimli ilə birlikdə hazırlamışıq. Bu qanun layihəsi böyük müzakirələrdən keçib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bu müzakirələrdə iştirak edib. Sonuncu dəfə bu qanun 1997-ci ildə qəbul olunub. Ondan sonra bir sıra dəyişikliklər olub, amma bu keçən müddət ərzində dünyada və Azərbaycanda ciddi dəyişikliklər olub. Ona görə də bu qanun təzədən hazırlanmalı idi. Bu baxımdan qanunu yazmışıq və müzakirə olunacaq.

Milli Məclisin üzvü bildirib ki, yeni qanunda Azərbaycan dilinin tətbiq olunması ilə bağlı dəyişikliklər var: “Nəqliyyatda , internetdə, məsafə reklamı ilə əlaqədar bir sıra məsələlər bu qanunda öz əksini tapıb. Bununla da ölkəmizdə normal reklam bazarı yaradılacaq. 1995-ci ildə reklam bazarının dəyəri cəmi 200 min manat idisə, statistik məlumata görə hazırda reklam bazarı 60 milyon manata yaxındı. Reklam bazarı genişlənib və belə bir qanunun qəbul olunmasına ehtiyac var. Bu qanun bütün sahəni əhatə edəcək.

Sosial şəbəkələrdəki reklamla bağlı da məsələ də bu qanunda öz əksini tapıb. Yetkinlik yaşına çatmayan uşaqlar, gənc nəsilin tərbiyəsi, televiziya və radio verilişləri ilə bağlı qanun layihəsində maddələr nəzərdə tutulub. Yeni qanun layihəsi müasir tələblərə uyğun hazırlanıb”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti