`Xədicə İsmayıl həbsxanada konsert verir`

`Xədicə İsmayıl həbsxanada konsert verir`
  18 Yanvar 2015    Oxunub:6692
“Xədicə İsmayıl içəridə konsert verir, solo oxuyur, xoru da var...”

Bu sözləri həbsdə olan jurnalist Xədicə İsmayılın vəkili Elton Quliyev “Yeni Müsavat”a müsahibəsində bildirib.

Jurnalistin `Hətta eşitdiyimə görə, Xədicə İsmayıl içəridə mahnı oxuyur, kamera yoldaşlarına konsert verir. Gözəl də səsi var... `-deyə sualına vəkilin cavabı belə olub:

- Hə, mahnı oxuyur. Hərdən xorla da oxuyurlar. 4 nəfər xanım var kamerasında. Onu həyətdən tək gətirirlər. O gələnə qədər koridor, həyət boşaldılır. Aparıb yoxlayırlar, sonra gətirirlər. Bir dəfə də mən bunun yanına getdim, sonra sağollaşıb çıxdım. Məndən sonra digər vəkillər də çıxıb, o da otaqda tək qalıb. Qapı da arxadan bağlı. Başlayıb “Marselyez” oxumağa, bir-iki başqa mahnı oxuyub. Sonra gələndə mənə dedilər ki, bu maraqlı adamdır, qəşəng də səsi var. Kamerada da əvvəl özü solo oxuyur, sonra kameradakılar da buna qoşulur, xorla oxuyurlar. Kameradakılar da bunu çox istəyirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti