Bakıda homoseksuallara qarşı cinayət

Bakıda homoseksuallara qarşı cinayət
  18 Yanvar 2015    Oxunub:2255
Bakıda cinsi azlıq nümayəndəsini döyüblər.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, hadisə Əziz Əliyev küçəsi 1 ünvanında, “Kakadu” gecə klubunda baş verib. Polisə şikayət edən Ucar rayon sakini, 24 yaşlı Erkin Həsənov (ad və soyad şərtidir) bildirib ki, gecə saat 04 radələrində klubda olarkən tanımadığı şəxs onu nalayiq sözlərlə təhqir edib və vəhşicəsinə döyüb.

Faktla bağlı araşdırma aparılır.

Bakının Yasamal rayonunda da cinsi azlıq nümayəndəsinə qarşı cinayət törədilib.

Yanvarın 14-də polisə müraciət edən Gürcüstan Respublikası vətəndaşı, 1991-ci il təvəllüdlü Elton Allahverənov (ad və soyadlar şərtidir) bildirib ki, internetdə tanış olduğu şəxs ona qarşı dələduzluq edib. 29-cu Polis Bölməsinə ərizə yazan 24 yaşlı oğlan qeyd edib ki, yanvarın 13-də internetdə Firudin Əbilov adlı şəxslə tanış olublar və onlar görüşmək qərarını gəliblər. Bir qədər sonra Yasamal rayonu M.Həsənov küçəsi 1 ünvanının qarşısında görüşərkən F.Əbilov E.Allahverənovun telefonunu danışmaq üçün alıb. Telefonla danışa-danışa bir qədər irəliləyən şəxs daha sonra qaçaraq uzaqlaşıb.

Bildirilir ki, polisə müraciət edən və hadisəni törədən şəxs cinsi azlıq nümayəndəsidir.Bakıda homoseksuallara qarşı


Teqlər:





Xəbər lenti