Eto yenə klubunu dəyişir

Eto yenə klubunu dəyişir
  17 Yanvar 2015    Oxunub:2563
İngiltərənin “Everton” klubunun hücumçusu Samuel Eto’O klubunu İtaliyanın “Sampdoriya” klubunda davam etdirəcək.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, artıq oyunçunun agenti də bu xəbəri təsdiqləyib.

“Eto’O “Sampdoriya”nı seçdi və bu komandanın şərəfini qorumağa hazırdır. Braziliyanın “Santos” klubu daha maliyyə baxımından daha sərfəli təklif etsə də bu variant futbolçunu maraqlandırmayıb. Eto’Onun ailəsi Milanda yaşayır və o öz karyerasını isti İtaliya şəhəri Genuyada yekunlaşdırmaq istəyir.

33 yaşlı kamerunlu bazar ertəsi tibbi müayinədən keçəcək.

Eto “Sampdoriya”nın heyətində ilinə iki milyon avro qazanacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti