Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək
  17 Yanvar 2015    Oxunub:1898
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanvarın 19-dan 23-dək Hohenfels (Almaniya) şəhərində "Combined Resolve-4" təliminin əsas planlaşdırma konfransı, yanvarın 19-dan 30-dək Buxarest (Rumıniya) şəhərində təhlükəsizlik siyasəti və Avropaya inteqrasiya üzrə ixtisas artırma kursu, yanvarın 19-dan fevralın 13-dək Kollinqvud (Böyük Britaniya) şəhərində zabitlər üçün eksklüziv iqtisadi zonanın mühafizəsi kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


Teqlər:





Xəbər lenti