Sumqayıtda güclü partlayış - 2 nəfər yaralandı (YENİLƏNİB)
Sexdə dayanmış “HYUNDAI” və “MİTSUBİSHİ” markalı minik avtomobilləri dağıntı altında qalıb. Yanğınla nəticələnən partlayış zamanı mağazanın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyyat hissələri yanıb və 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Sumqayıt şəhərində güclü partlayış olub.
Şəhər sakinlərinin AzVision.az-a verdiyi məlumata görə, partlayış Sumqayıtın girişində yerləşən avtomobil təmiri servisində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb olunub.
Hadisə zamanı ölən və yaralananların olması barədə məlumat yoxdur.
Əlavə məlumat veriləcək.
AzVision.az