“Hafka” “Atletiko”nun prezidenti ilə görüşüb

“Hafka” “Atletiko”nun prezidenti ilə görüşüb
  09 Yanvar 2015    Oxunub:1939
İspaniyada səfərdə olan “Bakı”nın prezidenti Hafiz Məmmədov bir sıra görüşlər keçirib.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Məmmədov öncə “Atletiko”nun prezidenti Enriko Serezo ilə görüşüb.

Görüş zamanı Enriko Serezo futboldakı işbirliyinə toxunaraq bunları deyib: “Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. “Land of Fire Azerbaijan” ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq”.

“Bakı”nın prezidenti həmçinin komandanın sabiq baş məşqçisi Milinko Pantiçlə də görüşüb. Görüş zamanı Pantiç bildirib ki, “Bakı”da işləmək onun üçün böyük şərəf idi və hər zaman kluba öz köməyini göstərməyə hazırdır.


Teqlər:  





Xəbər lenti