Daha bir azərbaycanlı `O səs Türkiyə`də qalib oldu - VİDEO

Daha bir azərbaycanlı `O səs Türkiyə`də qalib oldu - VİDEO
  07 Yanvar 2015    Oxunub:2526
`O səs Türkiyə`nin bu həftəki duelində daha bir azərbaycanlı çıxış edib.
AzVision.az xəbər verir ki, azərbaycanlı Səmra Rəhimli türkiyəli iştirakçı Ayda Eravcı ilə mübarizə aparıb.

Hadisənin komandasında çıxış edən duel iştirakçıları "Lady Marmalade" mahnısını ifa edib. Cütlüyün çıxışı alqışla qarşılanıb və münsiflər tərəfindən bəyənilib. Hətta Mazhar Alanson məğlub olanı öz komandasına götürəcəyini də bildirib.

Hadisə sonda həmyerlimizi seçərək ona növbəti mərhələdə iştirak etmək imkanı qazandırıb.

Qeyd edək ki, yarışmanın ötən günkü buraxılışında isə Mazhar-Özkan cütlüyü dueldə başqa bir həmyerlimiz Aygünlə yollarına davam etdirmək istədiyini söyləmişdilər.




Teqlər:  





Xəbər lenti