Əməkdar artist əməliyyat olunub

Əməkdar artist əməliyyat olunub
  07 Yanvar 2015    Oxunub:2308
Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elşən Cəbrayılov əməliyyat olunub.
AzVision.az-ın məlumatına görə, bu barədə "Report"a Elşən Cəbrayılov özü xəbər verib.

Aktyorun öd kisəsi götürülüb. O, əməliyyatın uğurlu keçdiyini bildirib. Hazırda aktyor özünü normal hiss etdiyini bildirib:

"Hazırda əməliyyat olunduğum özəl klinikadayam. Əslində bura check-up (tam müayinə - red.) etdirmək üçün gəlmişdim. Ümumi müayinə zamanı məlum oldu ki, öd kisəm çox şişib və ciddi problem yarana bilər. Ona görə də təcili əməliyyat olundum. İndi özümü normal hiss edirəm. Bu gündən yavaş-yavaş gəzməyə başlamışam. Sabah məni evə yazacaqlar. Yəqin ki, bir-iki həftəyə sağalaram. Sonra teatra qayıdıb, tamaşalarımı oynamağa davam edəcəm".

Qeyd edək ki, Elşən Cəbrayılov mərhum aktyor Şahin Cəbrayılovun oğludur.


Teqlər:





Xəbər lenti