Məşhür cütlük boşandıqlarını açıqladı

Məşhür cütlük boşandıqlarını açıqladı
  06 Yanvar 2015    Oxunub:2533
Türkiyənin məşhur müğənnisi Emre Altuğ və model Çağla Şikel boşanıblar.
AzVision.az-ın məlumatına görə, bu barədə cütlüyün özü məlumat yayıb.

Onlar qeyd ediblər ki, qarşılıqlı anlaşma ilə ayrılmağa qərar veriblər:

“Kədərlənərək bildiririk ki, 7 il davam edən evliliyimizin sonuna gəldik. Biz böyük eşqlə və tərifi mümkün olmayan sevgi ilə evliliyimizi davam etdirdik ancaq bunun sonunda razılaşaraq ayrılmağa qərar verdik. Bundan sonrakı həyatımızda da həmişə bir-birimizin yanında olacağıq və görüşəcəyik. Bərabət keçirdiyimiz dəyərli illər üçün bir-birimizə minnətdarıq. Bu ayrılığımızda hansısa üçüncü şəxsin heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, cütlüyün bu evlilikdən 2 oğlu var.




Teqlər:  





Xəbər lenti