Futbolçumuz Almaniya klubuna kubok qazandırdı

Futbolçumuz Almaniya klubuna kubok qazandırdı
  05 Yanvar 2015    Oxunub:1752
"Neftçi"dən "Ayntraxt"a transfer olunan millimizin qapıçısı Emil Balayev yeni klubunda ilk kubokunu qazanıb.
AzVision.az-ın məlumatına görə, Frankfurt təmsilçisi qış fasiləsindən istifadə edərək, 13-cü Harder kubokunda mübarizə aparıb.

komandası mini turnirin əsas mərhələsində 4 oyun keçirib. "Karlsrue"yə 2:1, "Valdhof"a 3:0 və "Kayzerslautern"ə 5:4 hesabı ilə qalib gəlib, "Sandhauzen"ə 1:4 hesabı ilə uduzan komanda finala yüksəlib.

"Ayntraxt" həlledici görüşdə "Karlsrue" ilə üz-üzə gəlib. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 4:4. Penaltilər seriyasında daha dəqiq oynayan (5:4) "Ayntraxt" kuboka sahib çıxıb.

Həmin görüşdə "Ayntraxt"ın çərçivə qoruyucusu məhz Emil Balayev olub.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti