Mübariz Mənsimov klubdan 13 futbolçunu qovdu

Mübariz Mənsimov klubdan 13 futbolçunu qovdu
  03 Yanvar 2015    Oxunub:3293
"Xəzər Lənkəran" klubu 13 futbolçu ilə yollarını ayırıb.
AzVision.az sportnet.az-a istinadən verdiyi məlumatına görə, mövsümün əvvəllərində Peşəkar Futbol Liqasına təqdim edilmiş sifariş ərizəsindəki oyunçulardan cəmi 14-ü komandada qalıb.

Bunlar qapıçılar Orxan Sadıqlı, Vyekoslav Tomiç və Tərlan Qasımzadə, müdafiəçilər Rasim Ramaldanov, Tural Cəlilov və Elvin Mirzəyev, yarımmüdafiəçilər Rahid Əmirquliyev, Alfred Sanko, Sadio Tounkara, Kazım Kazımlı, Kamran Abdullazadə və Bəhruz Teymurov, eləcə də hücumçular Ağabala Ramazanov və Elnur Cəfərovdur. Eyni zamanda "Sumqayıt"a icarəyə verilmiş daha bir hücumçu Orxan Əliyev geri qaytarılıb.

Əvəzində qapıçı Cahangir Həsənzadə, müdafiəçilər Tyeqo de Xesus, Adrian Skarlatake, Aleksandr Şemonayev, Vanderson Skarduelli, yarımmüdafiəçilər Fernando Qabriel, Deyan Blajevski, Qalin İvanov, Uğur Pamuk, Rəşad Sadiqov, Əfran İsmayılov və Elnur Abdullayev, eləcə də hücumçu Rauf Əliyev göndərilib.

Qeyd edək ki, Oğuz Çətinin istefasından sonra "Xəzər Lənkəran"a Elbrus Məmmədov baş məşqçi təyin olunub. Covanni Melkiorre fiziki hazırlıq, Vidadi Hüseynov qapıçılar üzrə məşqçi qismində kömək edəcəklər. Yunis Hüseynov idman direktoru, Gennadi Kişlari həkim, Elvar Quliyev tərcüməçi, Rövşən Muradov masajçı, Ruslan Şərifov fizioterapevt, Fərrux Ağayev məşqçi-inzibatçı, Bəhməndiyar Heydərov inzibatçı, Bəhrum Məhərrəmov operator, Əvəz Mirzəbəyov isə sürücü qismində fəaliyyətlərini davam etdirəcəklər.


Teqlər:





Xəbər lenti