UEFA-dan Azərbaycana bəd xəbər
Növbəti mövsümdən yalnız turnirlərdə UEFA-ın əmsallar üzrə reytinq cədvəlindəki 23 ölkənin klubları üst mərhələlərdən başlamaq imkanına sahib olacaq. Digər bütün ölkə kuboklarının qalibləri Avrokuboklara birinci mərhələdən qoşulacaq.
Daha bir əhəmiyyətli yenilik var. Əgər eyni komanda Azərbaycanın çempionu və kubokun sahibi olacaqsa, onda kubokun finalçısı Avropa Liqasına vəsiqəni ala bilməyəcək. O klubların yerinə isə kubokun dördüncüsü Avrokuboklara vəsiqə qazanacaq.
Növbəti mövsümdən etibarən Avropa Liqasının 1-ci təsnifat mərhələsinin iştirakçılarının sayı əhəmiyyətli dərəcədə artacaq və 78-dən 104-ə çatacaq. Bu yarışda əsas dəyişiklik onunla bağlıdır ki, 16 komanda qrup mərhələsinə birbaşa düşəcək. Bu halda yarışa 4-cü təsnifat mərhələsində (pley-off) başlayan komandalar olmayacaq. Bu mərhələnin iştirakçıları isə 3-cü mərhələdən yoluna davam edəcək.
Çempionlar Liqasında da ciddi dəyişiklik olacaq. Belə ki, növbəti mövsümdən etibarən Avropa Liqasının sahibi növbəti mövsümdən Çempionlar Liqasında çıxış etmək hüququnu qazanacaq. (sportbox.az)
Teqlər: