`Real`ı pulla hədələdilər

`Real`ı pulla hədələdilər
  24 Dekabr 2014    Oxunub:1818
Almaniyanın 6-cı bölgə liqasının klubu "Qrayfsvalder" Madrid klubuna hədə məktubu göndərib. Məktubda Toni Kroosdan danışılır.
Klubun ünvanladığı məktubda FİFA qaydaları xatırladılıb. Sözügedən klubdan bildirilib ki, hansısa futbolçunun transferi zamanı onun yetişdiyi klublara da əlavə haqq ödənilməlidir.

Burada "Real" bir səhvə yol verib. Belə ki, "Kral klubu" Toni üçün "Bavariya"yadan başqa, "Hanza"ya (ondan öncəki komandası) da 300 min avro məbləğində pul ödəyib. Amma "Qrayfsvalder" unudulub. İndi komanda İspaniya nəhənginin ödəyəcəyi 60 min avronun yolunu gözləyir.

Əgər "Real" bu məbləği ödəməsə, FİFA-ya cavab verməli olacaq. "Qrayfsvalder" də ispan komandasını məhz bununla hədələyir.

Qeyd edək ki, Kroos mövsümün əvvəlində 30 milyon avro qarşılığında "Bavariya"dan "Real"a transfer olunub.


Teqlər:  





Xəbər lenti