Avropa Oyunlarının keçiriləcəyi ərazidə yaşayanlar tələsməlidirlər

Avropa Oyunlarının keçiriləcəyi ərazidə yaşayanlar tələsməlidirlər
  18 Dekabr 2014    Oxunub:1448
Bakı-2015 Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə yaşayan sakinlərin avtomobillə mənzillərinə sərbəst daxil olmaları üçün xüsusi buraxılış vərəqələri veriləcək.
AzVision.az xəbər verir ki, bu sözləri Səbail rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov Oxu.Az-a bildirib.

İnternetdə bu barədə xəbərdarlığı əks etdirən elanın yayılması məsələsinə münasibət bildirən İsrafil Kərimov vurğulayıb ki, Avropa Oyunları ərəfəsində Bakı şəhərinə avtomobil axını müşahidə olunacaq.

"Bununla əlaqədar müəyyən yerlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Həmin ərazilərdə yaşayan sakinlərin öz şəxsi avtomobilləri ilə yaşadıqları əraziyə sərbəst giriş-çıxışını təmin etmək üçün onlara buraxılış vəsiqəsi veriləcək. Buraxlışı olmayan avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulacaq".

Bununla əlaqədar sakinlərə xəbərdarlıq olunub ki, 2015-ci ilin iyun ayında Bakı şəhərində İlk Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə sakinlərin sərbəst giriş-çıxışına, onların nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yaradılması və xüsusi icazə vərəqəsinin alınması üçün 05 yanvar 2015-ci ilə qədər ərazidə olan MKİS-ə (Mənzil Kommunal İstismar Sahəsi) müraciət etsinlər. Həmin qurum siyahı hazırlayıb vətəndaşlara buraxılış vərəqəsi verəcək.

Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə ciddi tədbirlər görüləcək və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət DİN və BDYP tərəfindən həyata keçiriləcək

.


Teqlər:





Xəbər lenti