AFFA klubları yenə cərimələdi

AFFA klubları yenə cərimələdi
  16 Dekabr 2014    Oxunub:1540
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AzVision.az PFL-in saytına istinadən bildirir ki, qurum klublara yenə cəzalar yağdırıb:

Topaz Premyer Liqasının XVI turunun "Bakı" - "Xəzər Lənkəran" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Topaz Premyer Liqasının XVI turunun "Qəbələ" - "Qarabağ" matçının 90 3-cü dəqiqəsində "Qəbələ" klubunun masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 1000 manat cərimə olunur.

Əvəzedici heyətlərin XVI turunun "Bakı" - "Xəzər Lənkəran" matçının 83-cü dəqiqəsində "Bakı" klubunun 47 №-li futbolçusu Rəvan Kərimov idmançıya yaraşmayan hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

Oyunun 84-cü dəqiqəsində "Bakı" klubunun 15 №-li futbolçusu Azad Kərimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1000 manat cərimə olunur.

Əvəzedici heyətlərin XVI turunun "Qəbələ" - "Qarabağ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

I Divizionun XV turunun "Göyəzən" - "Bakılı" matçının 83-cü dəqiqəsində "Göyəzən" klubunun 4 №-li futbolçusu Sənan Yusifov və "Bakılı" klubunun 21 №-li futbolçusu Şəhriyar Əhmədli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyun cəzalanır, klublar 400 manat cərimə olunur.

I Divizionun XV turunun "Turan Tovuz" - "Qaradağ Lökbatan" matçında "Turan Tovuz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 82-ci dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 44 №-li futbolçusu Murad İsgəndərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyun bitdikdən sonra "Turan Tovuz" klubunun 8 №-li futbolçusu Seymur Tağıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.


Teqlər:  





Xəbər lenti