“Çempionlar Liqası”nda rəqiblər bilindi – SİYAHI

“Çempionlar Liqası”nda rəqiblər bilindi – SİYAHI
  15 Dekabr 2014    Oxunub:2134
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Bu barədə AzVision.az “Goal.com”a istinadən məlumat verir.
1/8 finalda qrup mərhələsini qalib başa vuran 8 komanda qrup ikinciləri üz-üzə gəlib.
Püşkatma nəticəsində bu cütlüklər yaranıb:

PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

"Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

"Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)

"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Bavariya" (Almaniya)

"Arsenal" (İngiltərə) - "Monako" (Fransa)

"Bazel"(İsveçrə) - "Portu" (Portuqaliya)

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları gələn il 17/18 və 24/25 fevralda, cavab görüşləri isə 10/11 və 17/18 mart tarixlərində keçiriləcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti