“Hakimi vurmaq üçün əllərim gicişirdi” – Riçard Almeyda
Braziliyalı futbolçu matçın son dəqiqələrində vurduğu qolun baş hakim tərəfindən qeydə alınmamasına belə münasibət bildirib: "Paltardəyişmə otağında hər kəs əsəbi idi. Çünki bir nəfərin axmaq səhvi bütün əziyyətimizi heçə endirdi. Qələbəmiz oğurlandı. Hakim belə qərar verdi. Çünki "İnter" dünyanın nəhəng klublarından biridir. Kiçik komandaların böyük klublara qalib gəlməsinə icazə verilməyəcək. Həmin səhv olmasaydı, biz "Qarabağ" və Azərbaycan futbolunda tarix yazacaqdıq. Təəssüf ki, futbol belədir" (azerisport.com)
Teqlər: