“Qarabağ” sahibsiz deyil - Klubdan etiraz

 “Qarabağ” sahibsiz deyil - Klubdan etiraz
  12 Dekabr 2014    Oxunub:2083
“Stadionda oturduğum yerde qolu görmürdük. İndi hər şeyə baxmışam. “Qarabağ” “İnter”ə qalib gəldi. Sadəcə hakim qolu saymadı”.
Bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

Bu gün mətbuat konfransı keçirən klub rəsmisi haqlarının tapdalandığını qeyd edib: “Qarabağ” dekabrın 15-i püşkda olmalıydı. Klubumuz çox yaxşı oynadı. UEFA-ya şikayət olacaq. “Qarabağ” sahibsiz deyil. Nəticəyə təsir etməsə də, ədalət bərpa olunmalıdı. Tarixi qələbə əlimizdən alındı. Rəhbərlik olaraq futbolçulara psixoloji tasir etmək istəməzdik. Klubumuz Avropada çıxışlarını davam etdirəcək. Yəni gələcəkdə yenə mübarizə aparacağıq. UEFA bundan sonra oyunlarımıza daha təcrübəli hakimləri göndərməlidir. Biz hər zaman böyük hədəflkər uğrunda yarışırıq” (futbolxeber.az).


Teqlər:





Xəbər lenti