“Dnepr”in futbolçusu: “Qarabağ” təmiz qol vurmuşdu”
“Bizə “Qarabağ” və “İnter” klublarının oyunun 0-0 hesabı ilə başa çatdığını dediklərində sevincimizin sərhədi yox idi. Biz “Sent-Etyen”lə oyunda qalib gəlmək barədə düşünürdük. Qalan hər şey isə tanrının əlində idi. Bəxtimiz gətirdi. İndicə “Qarabağ”ın vurduğu qola baxdıq. Təmiz qol idi. Onun qeydə alınmama səbəbini belə anlamadım. Sadəcə bəxtimiz gətirdi” - deyə, Kravçenko bildirib.
Eldar Tanrıverdiyev