Hakimlər “Qarabağ”ın qolunu saymadı - YENİLƏNDİ

Hakimlər “Qarabağ”ın qolunu saymadı - YENİLƏNDİ
  12 Dekabr 2014    Oxunub:4230
Bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilib.
Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün İtaliya nəhənglərindən olan “İnter”lə qarşılaşıb. “İnter” qrup lideri kimi “pley-off”a vəsiqəni təmin etsə də, “Qarabağ” üçün bugünkü qarşılaşma həlledici idi.

Qurban Qurbanovun komandası qələbə qazanarsa, ikinci pillənin sahibi kimi “pley-off”a yüksələcəkdi. Heç-heçə də “Qarabağ” üçün uğurlu nəticə ola bilərdi. Bunun üçün qrupun digər oyununda – “Dnepr” – “Sent Etyen” qarşılaşmasında bərabərlik qeydə alınmalı idi. Amma `Dnepr` 1:0 qalib gəlib.

`Qarabağ` isə qolsuz heç-heçə ilə oyunu başa vurub. Daha dəqiqi, komandamızın son saniyələrdə vurduğu qolu hakim qeydə almayıb.

Xatırladaq ki, İtaliyada keçirilən ilk oyunda “Qarabağ” “İnter”ə 0:2 hesabı ilə məğlub olmuşdu.


Teqlər:  





Xəbər lenti