Məmmədyarov qələbə ilə başladı

Məmmədyarov qələbə ilə başladı
  12 Dekabr 2014    Oxunub:1694
Bu gün Pekində Dünya İntellektual Oyunları çərçivəsində keçirilən şahmat turnirinə start verilib.
AzVision.az xəbər verir ki, rapid turnirində 16 şahmatçı, o cümlədən Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak edir.

Bu gün rapid turnirinin ilk dörd turu keçirilib. Turnirin ilk gününün yekunlarına əsasən Şəhriyar Məmmədyarov 2,5 xal, Teymur Rəcəbov isə 1 xal toplayıb.

Turnir cədvəlinə çinli qrossmeysterlər Van Hao, Van Yue və rusiyalı Aleksandr Qrişşuk başçılıq edir.

16 qrossmeysterin iştirak etdiyi rapid turniri İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq. Bu turnirin qalan üç turu sabah keçiriləcək, sonra mükafatçılar müəyyən ediləcək.

Dekabrın 13-15-də 15 qoşa turdan ibarət blits-turnir, dekabrın 16-17-də isə iki rəngli fiqurlarla eyni zamanda oyun üzrə turnir keçiriləcək. İsveçrə sistemi üzrə keçirilən bu turnir 5 turdan ibarət olacaq.

Şahmat üzrə Dünya İntellektual Oyunları dekabrın 17-dək davam edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti