Azərbaycanda ilk: region kuboku keçiriləcək

Azərbaycanda ilk: region kuboku keçiriləcək
  10 Dekabr 2014    Oxunub:1648
Dekabrın 11-12-də Milli gimnastika meydanında bədii gimnastika üzrə ölkə birinciliyi və şəhər çempionatı, həmçinin ilk dəfə olaraq regionların kuboku keçiriləcək.
Gimnastika Federasiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, builki yarışlarda rekord sayda idmançı – 122 gimnast iştirak edəcəkdir. Ölkənin regionları bu il xüsusi fərəh doğurur: Göyçay, Kürdəmir və Qusar gimnastları ən yaxşı idmançı adı uğrunda mübarizə aparacaqlar.

Yarışlar 1999-2001, 2002-2003 və 2004-2006-cı il təvəllüdlü gimnastlar arasında keçiriləcək. Onlar lent, gürz, top və dairə ilə, habelə predmetsiz hərəkətlər nümayiş etdirəcəklər.

Yarışların iştirakçıları maraqlı proqram hazırlayıblar, üstəlik gimnastika həvəskarlarını daha böyük gimnastlar tərəfindən hazırlanmış maraqlı şou gözləyir.


Teqlər:





Xəbər lenti