Prosineçki yerli məşqçilərlə görüşüb

Prosineçki yerli məşqçilərlə görüşüb
  05 Dekabr 2014    Oxunub:1657
Bu gün AFFA-nın inzibati binasında AFFA-nın Məşqçilər Komitəsinin üzvləri ilə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun rəhbərliyi ilə keçirilən görüşdə Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şahin Diniyev və Böyükağa Hacıyev iştirak ediblər.

Robert Prosineçki və Məşqçilər Komitəsinin üzvləri Azərbaycan milli komandası barədə ətraflı fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti