Azərbaycanda kino kursları açılır

Azərbaycanda kino kursları açılır
  05 Dekabr 2014    Oxunub:6889
“My Film School” kino məktəbi kino təhsili üzrə üç aylıq kurslara qəbul elan edib. AzVision.az xəbər verir ki, kurslarda peşəkar rejissorlar, operatorlar, aktyorlar, ssenaristlər və montaj rejissorları seçilən peşə üzrə lazım olan incəlikləri tədris edəcəklər.
Üç ay davam edəcək bu qısamüddətli kurslar ayda 8-12 dərs olmaqla keçiriləcək. Hər ayın sonu tədris proqramına uyğun imtahanlar götürüləcək. Kursun sonunda hər tələbə ixtisasına müvafiq kurs işi (qısametrajlı film) təhvil verəcək.

Tələbələr həmçinin müxtəlif çəkiliş meydançalarında film istehsalını yaxından izləyəcək, bu prosesin iştirakçısına çevriləcəklər. Kursların sonunda tələbələr məhz ustadların nəzarəti altında öz kurs işlərini çəkəcəklər və bunun üçün lazımi texnika ilə təmin ediləcək.
Təlimçilər aktyorlar Qurban İsmayılov, Rasim Cəfər, rejissorlar Vaqif Əsədov, Cavid Təvəkkül və başqaları olacaq.

Qeyd edək ki, kurslar ödənişlidir və son qəbul tarixi 10.01.2015-ci ilə qədərdir.

Əlaqə nömrələri: 0124332849, mob. 0553783133

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti