“Samir deyir ki, bəlkə mən də Elnur kimi yarışmaya gedim?”

“Samir deyir ki, bəlkə mən də Elnur kimi yarışmaya gedim?”
  03 Dekabr 2014    Oxunub:3028
Məşhur bəstəkar Gövhər Həsənzadə “O səs Türkiyə” yarışmasında uğurla çıxış edən ifaçı Elnur Hüseynov haqda danışıb.
AzVision.az xəbər verir ki, bəstəkar "Eurovision" yarışmasından sonra Elnura qarşı böyük diqqətsizliyin olduğunu qeyd eib:

"Yeddi ildir ki, Elnur yox idi. Niyə kimsə indiyədək onu axtarmırdı? Hamı deyir ki, Elnur tənbəldir. Kimsə onun 2008-ci ildə yarışmadan qayıtdıqdan sonra necə yaşaması, evinin kirayə pulunu necə ödəməsi haqda maraqlandımı? Çox ağrılı haldır. Elnur "Eurovision"da insanları ayağa qaldırdı. Yeddi illik fasilədən sonra Türkiyədə belə uğurla çıxış etdi. Kaş elə bizim estrada ifaçılarımız da bütün günü efirə çıxıb maşından, geyimdən danışmaq əvəzinə, evdə yatıb, 7 ildən sonra belə partlayış edəydilər. Elnur xalqın fəxridir, bizim sənətkarımızdır. 2010-cu ildən bu yana estradamızın vəziyyəti acınacaqlı haldadır. Niyə Elnur Hüseynov, Samir Cavadzadə kimiləri üzə çıxarmırıq? Mən uzun illərdir sənətlə bağlı nə Samirlə, nə də Elnurla danışıram. Yaralarını tərpətmək istəmirəm. Çünki onların yanında xəcalətli qaldım, söz verdiyim albomu çıxara bilmədim. Onların gözəl mahnıları var, amma hamısı studiyada “yatır”. Mənim imkanım yoxdur, onları üzə çıxarım. Elnuru hansı məclisə çağırmışam gəlib. İndi mətbuatda yazılır ki, guya Elnur tənbəldir. Ona zəng vurub başqa mövzuda suallar verirdilər, sənətini soruşan olmurdu. Elnur da, Samir də "Eurovision"da peşəkarcasına çıxış etdilər. Amma sonra dəstək görmədilər, özləri də incidi. Dünən Samirlə danışırdım, zarafatla deyir ki, bəlkə mən də o yarışmaya gedim?”.

Qeyd edək ki, G.Həsənzadə «Eurovision 2008»də Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdiyi «Day after day» mahnısının müəllifidir.


Teqlər:





Xəbər lenti