`Bizə Elnurun şəxsi həyatı yox, sənəti lazımdır` - Faiq Sücəddinov

`Bizə Elnurun şəxsi həyatı yox, sənəti lazımdır` - Faiq Sücəddinov
  02 Dekabr 2014    Oxunub:5073
`Elnurun şəxsi həyatı mənə maraqlı deyil. Məni onun sənəti maraqlandırır`. Bu sözləri Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov AzVision.az-a açıqlamasında “Eurovision” təmsilçimiz Elnur Hüseynovun “O səs Türkiyə” yarşımasındakı möhtəşəm ifasına münasibət bildirərkən deyib.

Bəstəkar deyib ki, E.Hüseynovun uğuru bütün Azərbaycanın uğurudur: “Onun ifasını müsabiqənin anonsu kimi təqdim ediblər. Bütün münsiflər Elnurun ifasına valeh olublar. Elnur Eurovisiona birinci dəfə gedəndə öz diapozonuna görə yaxşı yer tutmuşdu. Türkiyə kimi böyük bir dövlətdə Elnurun qazandığı uğur bizim uğrumuzdur”.

F.Sücəddinov “Eurovision” yarışmasından sonra E.Hüseynovun efirlərə çıxmamasına da münasibət bildirib: “Televiziyada görünməmək yoxa çıxmaq deyil. Sənətkar televizyaya ümumiyyətlə çox çıxmamalıdır. Tez-tez efirlərə çıxan adam maraqsız olur. Sənətkar bir az qapalı olmalıdır ki, hər kəsə maraqlı olsun. Elnur həmişə öz üzərində işləyib. Ona görə də bu gün belə bir uğuru əldə edib”.

F.Sücəddinov E.Hüseynovun Azərbaycanda sənətinə qiymət verilməməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib: “Bütün sənət adamları, sənəti başa düşənlər və estradanı sevənlər Elnurun sənətini qiymətləndiriblər. Təbii ki o, öz qiymətini alıb. Mən şəxsən özüm bilirəm ki, Elnurun səs diapozonu çox gözəldir. Elnur hətta muğam da oxuyub. O, muğamla məşğul olsaydı daha bir yenilik gətirərdi. Kimin necə yaşaması mənim nəyimə lazımdır? Heç kəsin şəxsi həyatı mənə maraqlı deyil. Məni əsas onun əsas sənəti maraqlandırır. Onunla heç salamım da olmayıb. Vizual olaraq onun sənətinin şahidi olmuşam”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti