AFFA yeni məşqçiyə 1,5 milyon verəcək?

AFFA yeni məşqçiyə 1,5 milyon verəcək?
  30 Noyabr 2014    Oxunub:1646
“Baxdığım oyunların maraqlı keçdiyini deyə bilərəm. Amma dəyişdirilməsi vacib olan müəyyən problemlər var. Məsələn, elə epizodlar oldu ki, həm an futbolçular daha yaxşı oynaya bilərdilər”.
Bunu apasport.az saytına müsahibəsində Azərbaycan yığmasının baş məşqçisi postuna namizədlərdən olan Robert Prosineçki deyib. O, Topaz Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Neftçi” - “Qəbələ” matçını izləyib.

R. Prosineçki deyib ki, Azərbaycanda olduğu müddətdə “Xəzər Lənkəran” – “Neftçi”, “Bakı” – “İnter” və “Neftçi” – “Qəbələ” oyunlarını izləyib: “Düzdü, 3 görüş azdı, amma oyunlar məni qane edir. Hakim səhvlərinə gəlincə, ciddi səhvlərə yol verdiklərini görməmişəm. Əlbəttə, xırda səhvlər var ki, bu da bütün çempionatlarda olur. Bu cür kiçik səhvlərdən qaçmaq mümkün deyil. Ümumi götürdükdə, hələlik gördüklərim normaldı”.

O deyib ki, Azərbaycan yığmasında bir ilə 1,5 milyon avro qazanacağı barədə yazılanlar düzgün məlumat deyil: “ Hazırda AFFA ilə danışıqlar aparıram. Danışıqlar davam edir”.


Teqlər:





Xəbər lenti