“Qarabağ” irəlilədi,“Neftçi” gerilədi

 “Qarabağ” irəlilədi,“Neftçi” gerilədi
  28 Noyabr 2014    Oxunub:1739
UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb.
AzVision.az xəbər verir ki, 454 komandanın yer aldığı siyahıda Azərbaycan 7 klubla təmsil olunub.

Avropa Liqasının qrup mərhələsində səfərdə "Sent-Etyen"lə 1:1 bərabərə qalan “Qarabağ” klubu reytinqdə 6 pillə irəliləyib. Ağdam təmsilçisi hazırda 10.450 xalla 158-ci pillədə qərarlaşıb.

Son Azərbaycan kubokunun qalibi “Neftçi” klubu isə geriləyərək 8.950 xalla 179-cu olub.

Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:

158. “Qarabağ” (+6)
175. “Neftçi” (-4)
271. “İnter” (0)
298. “Xəzər Lənkəran” (+1)
338. “Bakı” (+3)
359. “Qəbələ” (+4)
362. AZAL (+3)

Reytinq cədvəlinə yenə də Çempionlar Liqasının son qalibi “Real” (Madrid) klubu başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.

Qeyd edək ki, ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. "Qarabağ"ın "Sent-Etyen"lə səfər heç-heçəsindən sonra xalını 12.250-ə çatdıran ölkəmiz reytinqdə 29-cudur.

AzVision.az


Teqlər:





Xəbər lenti