`Oyun çox ağır keçdi` - Qurban Qurbanov

`Oyun çox ağır keçdi` - Qurban Qurbanov
  28 Noyabr 2014    Oxunub:2170
Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Sent-Etyen"lə 1:1 bərabərə qalan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qol.Az-ın məlumatına görə, Q.Qurbanov matçın ağır keçməsinə baxmayaraq səfərdə sərfəli nəticə qazandıqlarını bildirib:

- Nəticə pis olmasa da, ağır oyun keçdi. Belə olacağını bilirdik. "Sent Etyen" son vaxtlar ən yaxşı oyunlarını nümayiş etdirir. Bu gün müdafiəyə çox diqqət yetirdik. Hücumda seçim az idi. Səfərdən yaxşı nəticə ilə dönürük. Artıq bu oyunu unutmalıyıq. Çünki iki gün sonra Premyer Liqada "Simurq"la ağır oyunumuz var.

- Bu heç-heçədən sonra növbəti mərhələyə yaxınlaşdığınızı söyləmək olar?

- Xalımızın üstünə xal gəldi. Unutmayaq ki, "İnter"ə qarşı oynayacağıq. Son oyunda şansımız olsa da, hələ heç nə bəlli deyil. "İnter"də baş məşqçi dəyişikliyi olub. Oyunlarında dəyişikliklər var.

- Rəqibdə hansısa boşluq var idimi? Və komandanız bundan istifade edə bilmədi?

- Deməzdim nəsə oldu, istifadə edə bilmədik. Dünən də demişdim ki, oyunçu seçimimiz az idi.

- İbrahim Şehiçi, yoxsa Vüqar Nadirovu oyunun qəhrəmanı sayırsınız?

- Nə Vüqarı, nə də Şehiçi matçın qəhrəmanı sayıram. Bütün komandanın əməyi var. Vüqarın vəzifəsi qol vurmaq, Şehiçin də qapını qorumaqdır.


Teqlər:  





Xəbər lenti