Anasına görə cəzalandırılan Məlikov bağışlandı

Anasına görə cəzalandırılan Məlikov bağışlandı
  27 Noyabr 2014    Oxunub:2861
Türkiyənin “Dənizlispor” klubunda oynayan azərbaycanlı futbolçu Rail Məlikovka bağlı klubun baş məşqçisi Özcan Bizati yeni qərar qəbul edib.
AzVision.az-ın məlumatına görə, baş məşqçi futbolçumuzu bağışlayaraq, onun komandanın əsas heyətinə yenidən daxil edib.

Onun bağışlanmasının əsas səbəbi isə “Dənizlispor”un “Antalyaspor”la matçda müdafiədə buraxdığı səhvlər olub.

Qeyd edək ki, R.Məlikov anası xəstə olduğu üçün icazə alaraq Bakıya gəlmişdi. Lakin icazə müddətindən artıq Azərbaycanda qalan futbolçu Türkiyəyə qayıdarkən baş məşqçisi tərəfindən sərt cəzalandırılmışdı. Futbolçu 5 min türk lirəsi cəza almışdı. Eyni zamanda baş məşqçi Rail Məlikovu “Antalyaspor”-“Dənizlispor” matçının əsas heyətindən çıxararaq, əvəzedici komandaya göndərib.

Sevinc



Teqlər:  





Xəbər lenti