“Qalatasaray” 70 min avro cərimələndi

“Qalatasaray” 70 min avro cərimələndi
  20 Noyabr 2014    Oxunub:1592
UEFA İstanbulun "Qalatasaray" klubunu 70 min avro cərimələyib.
AzVision.az-ın məlumatına görə, UEFA Çempionlar Liqası çərçivəsində oynanılan "Borussiya Dortmund" - "Qalatasaray" oyununda rəqib azarkeşlərinin stadionda törətdiyi hərəkətlərə görə türkiyəli komandanı cəzalandırıb.

"Qalatasaray" tərəfdarlarının stadiona vurduğu maddi ziyanın aradan qaldırılması məqsədiylə "Borussia Dortmund" klubuna da pul ödəməlidir.

Meydan sahibləri "Borussiya Dortmund" isə təhlükəsizliyi yaxşı təşkil edə bilməməsinə görə 32 min avro cəzalandırılıb.

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasında İstanbulda "Arsenal"a qarşı keçirəcəyi oyuna azarkeşlərin dəstəyi altında çıxacaq.


Teqlər:





Xəbər lenti