DSX narkotacirləri ələ keçirib

DSX narkotacirləri ələ keçirib
  18 Noyabr 2014    Oxunub:3951
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 13 kiloqram 297 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ötən ayın 5-də Biləsuvar rayon Biləsuvar kənd ərazisindəki zastavanın xidməti sahəsində “BYD” markalı Az 99-FT-854 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Kürdəmir rayon sakinləri 08.09.1967-ci il təvəllüdlü Əsgərov Hafiz Ələsgər oğlu və 25.03.1987-ci il təvəllüdlü Rəhimov İxtiyar Məhəmmədhüseyn oğlu ərazidə əvvəlcədən gizlədilmiş 4 kiloqram 800 qram tiryəki götürərkən saxlanılıb.

Oktyabr ayının 18-də “Masallı-Yardımlı” magistral yolunun Arus kəndi ərazisindən keçən hissəsində Yardımlı rayon sakini 15.05.1979-cu il təvəllüdlü Ələkbərov Cahid Mətləb oğlu su borusunun yanında plastik qabda gizlədilmiş 2 kiloqram 300 qram tiryək aşkar olunaraq götürülüb.

Oktyabr ayının 18-də “Ələt-Astara” magistral yolunun 142-ci kilometrliyində Cəlilabad rayonu ərazisində yolun kənarında Lənkəran şəhər sakini 19.02.1985-ci il təvəllüdlü Hüseynov Rövşən Məzahir oğlu ağaclıqda gizlədilmiş 2 kiloqram tiryək, 470 qram heroini götürərkən saxlanılıb.

Oktyabr ayının 28-də Füzuli Füzuli rayon Böyük-Bəhmənli kənd ərazisindəki zastavanın xidməti sahəsində Aşağı Yağlıvənd kənd ərazisində dəmir yolu keçidinin ətrafında “Niva” markalı Az 99-AC-414 dövlət nömrə nişanlı avtomobildə olan 3 nəfər Gəncə şəhər sakini 27.12.1976-cı il təvəllüdlü Orucov Ceyhun Telman oğlu, Bakı şəhər sakinləri 19.12.1978-ci il təvəllüdlü Mirzəyev Qədir Səftər oğlu və 19.01.1980-ci il təvəllüdlü Əliyev Rasim Əbülfət oğlu saxlanılıblar.Baxış keçirilərkən onların üzərindən 2 kiloqram 460 qram qurudulmuş marixuana və 2 ədəd 0,5 litrlik plastik qabda “Metadon” məhlulu aşkarlanıb.
Sərhəd buraxılış məntəqələrindən Azərbaycan Respublikasına keçmiş şəxslər gömrük orqanları ilə birgə yoxlanılarkən 2 halda “Biləsuvar” SNM-də 1 kiloq-ram 2 qram, 4 halda “Astara” SNM-də 161 qram, 1 halda isə “Şıxlı” SNM-də 4 qram narkotik vasitələr aşkar olunaraq götürülüb.

Ay ərzində 52 halda ümumi dəyəri təqribən 203 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd avtomat silah, 2 ədəd avtomat silahın darağı, 57 ədəd patron, 1 ədəd qumbara atan silah, 1 ədəd pnevmatik tapança, 7,775 qutu müxtəlif markalı siqaret, 163 ədəd müxtəlif ölçülü araq, 73 kiloqram nərə balığı, 5 kiloqram qara kürü, 17740 ədəd pirotexniki vasitələr, 3 ədəd qayıq, 400 metr balıq tutmaq üçün tor, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti