Nərd üzrə çempionat keçirildi

Nərd üzrə çempionat keçirildi
  18 Noyabr 2014    Oxunub:2450
Pirallahı rayonunda Milli Dirçəliş Gününə həsr olunmuş nərd üzrə rayon çempionatı keçirilib.
AzVision.az xəbər verir ki, rayon icra hakimiyyətinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 65 nəfər mübarizə aparıb.

Yarışın açılışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söhbət açılıb. Diqqətə çatdırılıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Sonra çempionatın qalibləri mükafatlandırılıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti